17 yaşlı ulduz futbolçu "Mançester Siti"nin maraq dairəsindədir.

"Barselona"nın vingeri Lamin Yamal karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Barca Universal" məlumat yayıb.

Bildirilir ki, 17 yaşlı ulduz futbolçu "Mançester Siti"nin maraq dairəsindədir. İngiltərə nəhəngi transfer üçün Kataloniya klubuna 275 milyon avro təklif edib.

Yamalın "Mançester Siti"yə keçidi baş tutsa, bu, futbol tarixinin ən bahalı transferi ola bilər.

Qeyd edək ki, bu mövsüm Lamin Yamal bütün turnirlərdə 43 matçda iştirak edib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib. 17 yaşlı vingerin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 180 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest