12 Aprel 2025, 10:43
FUTBOL
"Milan"ın qapıçısı Mayk Maynyan İtaliya A seriyasının 32-ci turunun "Udineze" ilə səfər oyununda zədələnib.
Matc.az xəbər verir ki, fransalı qapıçı ikinci hissənin əvvəlində öz komanda yoldaşı ilə toqquşaraq zədələnib.
Maynyanın yerinə Marko Sportiello oyuna daxil olub. Fransa millisinin qapıçısı hadisədən dərhal sonra "Milan" klubunun həkimlərinin müşayiəti ilə ən yaxın xəstəxanaya aparılıb.
Zədənin xarakteri və sağalma müddəti tibbi müayinədən sonra açıqlanacaq.
Qeyd edək ki, "Milan" "Udineze" üzərində 4 cavabsız qolla qələbə qazanıb.