"Bavariya" "Bayer"in yarımmüdafiəçisi Florian Virtzin ailəsi ilə bir sıra görüşlər keçirib və danışıqlar aparıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sports" paylaşıb.
Münhen klubu bu yay Virtzi alaraq özləri üçün rekord transfer həyata keçirmək istəyir.
Eyni zamanda, "Bayer" futbolçunu ən azı 2026-cı ilin yayına kimi komandada saxlaya biləcəyinə əmindir. 21 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir və tərəflər hələlik onun uzadılması ilə bağlı razılığa gəlməyiblər.
Virtzin transferində mübarizədə "Bavariya"nın əsas rəqibi "Mançester Siti" olaraq qalır. Ancaq Florianın ailəsi futbolçunun legioner həyatı yaşamasından əvvəl "Bavariya"ya keçməsinə müsbət yanaşır.
Qeyd edək ki, Virtz "Köln"dən transfer edildikdən sonra 2020-ci ilin yanvarından "Bayer"də oynayır. O, bu mövsüm 38 oyunda 15 qol vurub və 12 məhsuldar ötürmə edib.