"Qarabağ" Azərbaycan çempionatlarında 1600-cü qolunu vurub.

Matc.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turunun "Səbail"lə oyununa təsadüf edib.

Səfərdə 4:1 hesablı qələbə qazanan qonaqların 2-ci topuna imza atan Leandro Andrade yubiley qolunun müəllifi kimi tarixə düşüb. Ağdam klubu 1600-cü qolunu 955-cü matçında vurub. Ümumilikdə 1602 topdan 913-ü ev, 674-ü səfər, 15-i neytral meydana təsadüf edib.

"Qarabağ" Azərbaycan çempionatlarında 1600 qol vuran ilk komanda olub. Komandanın orta məhsuldarlığı 1,68-ə bərabərdir.

Qeyd edək ki, komandanın tarixində ilk qola Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də "İnşaatçı" (Sabirabad) ilə ev oyununda (1:2) təkcə "Qarabağ" deyil, yarışın tarixində ilk topun müəllifi olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest