"Mançester Yunayted" "Vulverhempton"un 25 yaşlı hücumçusu Mateus Kunyanı transfer etmək üçün ən azı bir oyunçusunu satmalı olacaq.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat paylaşıb.
Bildirilir ki, braziliyalı oyunçunun müqaviləsində 62,5 milyon funt sterlinq (71,8 milyon avro) məbləğində təzminat maddəsi var. "Qırmızı şeytanlar" Kunyanın transferində lazımi vəsaiti toplamaq üçün cinah oyunçuları Markus Reşford, Ceydon Sanço və Antonini satmaq variantını nəzərdən keçirdirir.
Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 15 qol vurub və 4 məhsuldar ötürmə edib. 25 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 55 milyon avrodur.