"Real" uğursuz keçən mövsümdən sonra bu yay heyətində əsaslı dəyişikliklər etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "AS" paylaşıb.

Bildirilir ki, böyük ehtimalla 33 yaşlı sağ cinah müdafiəçisi Lukas Vaskes mövsümün sonunda komandanı tərk edəcək və onun yerinə Trent Aleksander-Arnold gələcək.

Həmçinin, 32 yaşlı müdafiəçi David Alaba və 39 yaşlı yarımmüdafiəçi Luka Modriç İspaniya nəhəngini tərk edə bilər.

Xorvatiyalı futbolçunun klubla müqaviləsi gələn ilin yayında başa çatır və "Real" onu uzatmağın mənası olub-olmadığından əmin deyil.

Alabanın müqaviləsi isə 2026-cı ilin yayında başa çatır, lakin Madrid klubu onun ciddi zədədən sonra əvvəlki yüksək səviyyəsini nümayiş etdirə biləcəyinə şübhə edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest