"Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçisi Bernardo Silva yayda "Benfika"ya qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Bildirilir ki, hazırda tərəflər arasında danışıqlar aparılır. Silvanın akademiyasının məzunu olduğu "Benfika"ya qayıdacağı təqdirdə maaşının azaldılmasını qəbul etməyə hazır olduğu vurğulanır.
"Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçini cari mövsümün o qədər də yaxşı olmayan nəticələri fonunda heyəti yeniləmək istəyinə görə sata bilər. Eyni zamanda, Silva ilə "Barselona" da maraqlanır.
Qeyd edək ki, bu mövsüm portuqaliyalı bütün turnirlərdə 41 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib. 30 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.