"Real" UEFA Çempionlar Liqasında "Arsenal"la cavab oyunu ilə bağlı La Liqadan 31-ci turuda "Alaves"lə oyunun təxirə salınmasını istəsə də, rədd cavabı alıb.
Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Bildirilir ki, Madrid klubu İspaniya çempionatının oyununun bazar günündən şənbə gününə keçirilməsini istəyib, lakin La Liqa bundan imtina edib. Baxmayaraq ki, "Real"ın rəqibi belə bir təklifin əleyhinə olmayıb.
Liqa 1-də isə "Nant" – PSJ matçı parislilərin istəyi ilə aprelin 13-dən 22-nə təxirə salınıb.
Qeyd edək ki, Madrid və London klubları arasında aprelin 16-da, "Alaves"lə oyun isə aprelin 13-də baş tutacaq.
Xatırladaq ki, onların Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu 3:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.