Arda Gülər Madrid klubunun prezidenti Florentino Peresə Karlo Ançelotti gələn mövsüm komandanın baş məşqçisi olaraq qalacağı təqdirdə klubu tərk edəcəyini bildirib.
Türkiyə millisi və "Real"ın 20 yaşlı hücumçusu Arda Gülər Madrid klubunun prezidenti Florentino Peresə Karlo Ançelotti gələn mövsüm komandanın baş məşqçisi olaraq qalacağı təqdirdə klubu tərk edəcəyini bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Real Madrid Confidensial" məlumat yayıb.
Bildirilir ki, "Kral klubu" Peresi çətin vəziyyətdə qoyan türk futbolçunun getməsi variantını nəzərdən keçirmir və o, "Real"ın gələcəyi üçün nəyin yaxşı olduğuna qərar verməli olacaq.
Daha əvvəl mətbuat Gülərin Ançelottinin ona verdiyi oyun müddətindən narazı qaldığını yazmışdı.
Qeyd edək ki, Arda Gülər bu mövsüm bütün yarışlarda 33 matçda meydana çıxıb və ümumilikdə 1170 dəqiqə meydanda olub. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.