"Mançester Siti"nin qapıçısı Ederson İngiltərə çempionatının 32-ci turunun "Kristal Pelas"la oyununda yarımmüdafiəçi Ceyms Makatiyə məhsuldar ötürmə edib.

Matc.az xəbər verir ki, bu, braziliyalı qolkiper üçün Premyer Liqanın cari mövsümündə dördüncü assist olub.

Daha əvvəl heç bir qapıçı İngiltərə Premyer Liqasında bir mövsümdə ikidən çox məhsuldar ötürmə etməyib. Ümumilikdə Ederson İngiltərə Premyer Liqası matçlarında 7 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Ederson bu mövsüm bütün yarışlarda 32 oyun keçirib və 9 görüşdə qapısını toxunulmaz saxlayıb. 31 yaşlı qolkiperin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest