12 Aprel 2025, 19:10
FUTBOL
"Ağ-qaralar"ın futbolçuları – Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar.
"Neftçi" Misli Premyer Liqasının 30-cu turunda qarşılaşacağı "Zirə" ilə oyunun hazırlığını başa vurub.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın üzvləri bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqi yerinə yetiriblər.
"Ağ-qaralar"ın futbolçuları – Emin Mahmudov, Emil Səfərov, Robert Bauer və Ryonosuke Ohori zədə səbəbindən zirəlilərlə görüşü buraxacaqlar.
Qeyd edək ki, aprelin 13-də "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Zirə" oyunu saat 19:15-də start götürəcək.