13 Aprel 2025, 00:16
FUTBOL
Türkiyə Superliqasında XXXI turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma baş tutub.
"Beşiktaş" doğma meydanda iki cavabsız qolla "Başakşəhər"ə uduzub. "Göztəpə" səfərdə "Konyaspor"a minimal hesabla məğlub olub. "Bodrumspor" – "Antalyaspor" matçında hesab açılmayıb.
Qeyd edək ki, tura 14 apreldə yekun vurulacaq.
Türkiyə Superliqası
XXXI tur
12 aprel
"Konyaspor" – "Göztəpə" - 1:0
Qol: Kramer, 24
"Beşiktaş" – "Başakşehir" - 0:2
Qollar: Sari, 62, 76
"Bodrumspor" – "Antalyaspor" - 0:0