13 Aprel 2025, 01:12
FUTBOL
Səudiyyə Ərəbistanı çempionatının 27-ci turunda "Əl-Nəsr" doğma meydanda "Ər-Riyad"la üz-üzə gəlib.
Matc.az xəbər verir ki, "Əl-Avval Park" stadionunda baş tutan qarşılaşmada meydan sahibləri qələbə qazanıb.
45+2-ci dəqiqədə "Ər-Riyad"ın fransalı hücumçusu Faiz Selemani qonaqları hesabda irəli çıxarıb. 56-cı dəqiqədə portuqaliyalı ulduz Kriştiano Ronaldo "Liverpul"un sabiq hücumçusu Sadio Manenin ötürməsi ilə hesabı bərabərləşdirib. 64-cü dəqiqədə Ronaldo dubla imza ataraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, 27 turdan sonra "Əl-Nəsr" 57 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. "Əl-Hilal" 58 xalla ikinci, "Əl-İttihad" isə 65 xalla zirvədə yer alıb.