"Nə olursa olsun, bu, mövsümün sonunda müzakirə olunacaq".

"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Ançelotti mövsümün sonunu gözləmək lazım olduğunu vurğulayıb.

"Gələcəyim haqqında danışmamalıyam, çünki müqavilə kifayət qədər aydındır. Nə olursa olsun, bu, mövsümün sonunda müzakirə olunacaq. Klub məni həmişə dəstəkləyir, xüsusən də çətin anlarda".

Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. Onun Madrid klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest