13 Aprel 2025, 11:09
FUTBOL
Kataloniyanın "Barselona" klubu "Real Sosyedad"ın və İspaniya milli futbol komandasının qapıçısı Aleks Remironun transferini başa çatdırmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "Catalunya Radio" məlumat yayıb.
Bildirilir ki, Remironun müqaviləsindəki 70 milyon avroluq satın alma maddəsinə baxmayaraq, Kataloniya klubu futbolçunu xeyli aşağı qiymətə almaq niyyətindədir.
Qeyd edək ki, 30 yaşlı Aleks Remiro 2019-cu ilin yayında "Atletik"dən "Real Sosyedad"a keçib. Bu mövsüm ispaniyalı qolkiper bütün turnirlərdə 43 oyun keçirib, bunun 15-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalında Remironun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.