Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunun "Ər-Riyad"la oyununda (2:1) iki qol vuran 40 yaşlı "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo turnirin bombardirləri siyahısında liderliyini möhkəmləndirib.

Matc.az xəbər verir ki, portuqaliyalı forvard 26 oyunda 23 qol vurub.

"Əl-Şəbab"ın hücumçusu Əbderrəzak Həmdallah Səudiyyə Ərəbistanı çempionatında 14 oyuna 19 qol vuraraq bombardirlər siyahısında ikincidir. "Əl-İttihad"ın forvardı Kərim Benzema isə 15 matçda 17 qolla ilk "üçlüy"ü tamamlayır.

Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 32 qol vurub və 4 məhsuldar ötürmə edib. 40 yaşlı portuqaliyalının klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 12 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest