"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid klubunda son dövrlərdə yaşananlarla bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, Ançelotti komandanın performansındakı enişdən danışıb.

"Vinisiusun forması? Bunu söyləmək çətindir. Xüsusilə son həftələrdə təkcə fərdi oyunçular arasında deyil, komanda halında performans azalması müşahidə edirik. Son oyunlarda çoxlu qol buraxırıq və bunu dayandırmalıyıq. Xüsusilə də komanda liderləri həmişəki kimi effektli olmadıqda".

"Real" hazırda 63 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Komanda lider "Barselona"dan 7 xal geri qalır.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Ançelottinin komandası "Arsenal"a 0:3 hesabı ilə uduzub. Cavab oyunu aprelin 16-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest