13 Aprel 2025, 12:16
FUTBOL
"Mançester Yunayted" "Lion"un 21 yaşlı yarımmüdafiəçisi Rayan Çerkini transfer siyahısına daxil edib.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Bildirilir ki, fransalı futbolçunun potensial transferi "qırmızı şeytanlar"a 20 milyon funt-sterlinqə başa gələ bilər. Çerki ilə digər Premyer Liqa klubları, o cümlədən "Liverpul"un da izlədiyi vurğulanır.
Qeyd edək ki, Rayan Çerki bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 10 qol vurub və 18 məhsuldar ötürmə edib. 21 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 35 milyon avrodur.