13 Aprel 2025, 13:22
FUTBOL
"Mançester Yunayted"in bəzi futbolçuları Avropa Liqasının 1/4 finalında "Lion"la oyunda (2:2) etdiyi iki səhvdən sonra qapıçı Andre Onananın əsas heyətdə yer almasını istəmirlər.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Futbolçuların kamerunlu qolkiperin "Lion"la oyun öncəsi "Mançester Yunayted"in rəqiblərindən üstün olduğunu deyərkən, davranışından da narazı olduqları bildirilir.
Ruben Amorim İngiltərə Premyer Liqasının 32-ci turunda, bu gün baş tutacaq "Nyukasl"la qarşılaşmanın start heyətində Onanaya yer verməyəcəyi gözlənilir.