Türkiyə millisi və "Real"ın cinah hücumçusu Arda Gülər ​​Londonun "Arsenal" klubuna keçə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.

Bildirilir ki, türk futbolçunun potensial transferi "topçular"a 30-40 milyon funt-sterlinqə başa gələ bilər. Gülər daha çox oyun vaxtı qazanmaq və potensialını tam şəkildə ortaya qoymaq üçün Madrid klubundan ayrılmağı düşünür.

Xatırladaq ki, daha əvvəl mətbuatda Gülərin "Real"ın prezidenti Florentino Peresə Karlo Ançelottinin gələn mövsüm komandanın baş məşqçisi olaraq qalacağı təqdirdə klubdan gedəcəyini söyləməsi xəbəri də yayılıb.

Arda bu mövsüm bütün yarışlarda 33 matçda forma geyinib və ümumilikdə 1170 dəqiqə meydanda olub. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest