"Sevilya" baş məşqçisi Qarsiya Pimientanın vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis ötən yay "Sevilya"ya baş məşqçi təyin edilmişdi.

"Sevilya" İspaniya La Liqasının 31 turundan sonra 36 xalla 13-cü yerdə qərarlaşıb. İspaniya Kubokunda isə 1/16 mərhələsində "Almeriya"ya 4:1 hesabıyla uduzaraq mübarizədən kənarda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest