"Bayer"in təmsilçiləri "Mançester Siti" rəhbərliyi ilə görüş keçirib və görüş zamanı "şəhərlilər"in qapıçısı Stefan Orteqa ilə, yarımmüdafiəçi Ceyms Makatiylə maraqlandırdıqlarını bildiriblər.
Matc.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
Bildirilir ki, İngiltərə klubu öz növbəsində "əczaçılar"ın hücumameyilli yarımmüdafiəçisi Florian Virtslə maraqlanıb. Hazırkı Almaniya çempionları 21 yaşlı futbolçunu 100 milyon avro dəyərində qiymətləndirirlər. "Mançester Siti" Virtsi mövsümün sonunda klubdan ayrılacaq 33 yaşlı Kevin De Bruynenin əvəzləyicisi kimi görür.
Bundan əlavə, Mançester klubu komandada çox oyun keçirməmiş Orteqa və Makeyti üçün sərfəli təklif gələcəyi təqdirdə, onları satmaq istəyirlər.
Qeyd edək ki, bu mövsüm Makeyti bütün yarışlarda 24 oyun keçirib, 811 dəqiqə meydanda olub. Orteqa isə ümumilikdə 1459 dəqiqə olmaqla 17 oyunda iştirak edib.