Salah İngiltərə Premyer Liqasının bir mövsümündə qol+assistent sistemi ilə topladığı xallara görə rekorda imza atıb.

"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasının bir mövsümündə (38 oyunluq mövsümdə) qol+assistent sistemi ilə topladığı xallara görə rekorda imza atıb.

Matc.az xəbər verir ki, Premyer Liqanın 32-ci turunun "Vest Hem"lə qarşılaşmasında misirli futbolçu cinah yarımmüdafiəçisi Luis Diaza məhsuldar ötürmə edib. Bu assist Salahın İngiltərə Premyer Liqasında cari mövsümdə 45-ci məhsuldarlığı olub. Qeyd edilən turnirdə misirli futbolçu 27 qol vurub və 18 məhsuldar ötürmə edib.

Salah bu göstəricidə 32 yaşlı oyunçu 2002/2003 mövsümündə qol+pas sistemi üzrə 44 xal toplayan "Arsenal"ın sabiq hücumçusu Tyeri Anrini geridə qoyub. Salah 2022/2023 mövsümündə Premyer Liqada 44 qol vuran "Mançester Siti"nin hücumçusu Erlinq Haalandı da qabaqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest