“Nyukasl” İngiltərə Premyer Liqasında 100 ilə yaxın müddətdə ilk dəfə “Mançester Yunayted” üzərində bir mövsümdə hər iki oyunda qalib gəlib. Matc.az xəbər verir ki, Eddi Haunun komandası 32-ci turda rəqibini 4:1 hesabı ilə məğlub edib.

Birinci dövrədə səfərdə keçirilən görüşdə “Nyukasl” 2:0 hesabı ilə qalib gəlmişdi. Sonuncu belə uğur 1930-31 mövsümünə - 94 il əvvələ təsadüf edib. Həmin vaxt “sağsağanlar” rəqibinə 7:4 və 4:3 hesabı ilə qalib gəlmişdi.

Bundan əlavə, “Nyukasl” son 55 ildə ilk dəfə evdə “qırmızı şeytanlar”a qarşı ardıcıl üç oyunda qalib gəlib. Ümumilikdə isə “Nyukasl” “Mançester Yunayted”ə qarşı keçirdiyi son 6 oyunun 5-də qalib gəlib. Bu, əvvəlki 41 matçda qazanılan qələbələrin sayından çoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest