14 Aprel 2025, 09:35
FUTBOL
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirəcək.
Matc.az xəbər verir ki, U-17 meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Zimbru” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
Qeyd edək ki, millimiz turnir çərçivəsində aprelin 16-da Gürcüstanla, 19-da isə Estoniya ilə üz-üzə gələcək.