14 Aprel 2025, 09:46
FUTBOL
“Zirə”nin futbolçusu Rafael Utziq Azərbaycan çempionatlarında 25-ci qolunu vurub.
Matc.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXX turuna təsadüf edib.
Braziliyalı “Neftçi” ilə görüşdə dubla imza atıb. İlk top onun Premyer Liqada ümumilikdə 25-ci, “Zirə” forması ilə 10-cu qolu olub.
Qeyd edək ki, Premyer Liqada “Qəbələ”də də çıxış etmiş Rafael ümumilikdə 124, “Zirə”də 43 matç keçirib.