MLS-in müntəzəm mövsümünün növbəti turunda “Çikaqo Fayr”la “İnter Mayami” üz-üzə gəlib. Matc.az xəbər verir ki, Çikaqodakı “Soldier Field” stadionunda baş tutan qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

“İnter Mayami”nin hücumçuları Lionel Messi və Luis Suares, eləcə də ispaniyalı yarımmüdafiəçi Serxio Buskets 90 dəqiqə meydanda olublar. Müdafiəçi Jordi Alba isə 60-cı dəqiqədə mübarizəyə qoşulub.

MLS-in növbəti turunda “İnter Mayami” aprelin 19-da “Kolumbus Kru” ilə qarşılaşacaq. Komanda hazırda 15 xalla dördüncü pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest