14 Aprel 2025, 11:31
FUTBOL
"Arsenal" "Çelsi"dən icarəyə götürdüyü Rahim Sterlinqlə bağlı qərar verib.
Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "topçular" 30 yaşlı vingerin performansından məmnun deyil. Şimali londonlular ingiltərəli futbolçunun transfer hüququna yiələnmək niyyətində deyil.
Təcrübəli oyunçu mövsüm bitdikdən sonra müqavilə ilə məxsus olduğu "Çelsi"yə qayıdacaq.
Qeyd edək ki, "Arsenal" Rahim Sterlinqi mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 24 rəsmi matçda 1 qol və 5 mhəsuldar ötürmə ilə yadda qalıb.