14 Aprel 2025, 12:07
FUTBOL
İtaliya A Seriyasına vəsiqə qazanan ilk klub müəyyənləşib.
Matc.az xəbər verir ki, "Sassuolo" B Seriyasında mövsümün bitməsinə 5 tur qalmış elitaya yüksəlməyi rəsmiləşdirib.
"Yaşıl-qaralar" 3-cü pillədə yer alan "Spetsiya"nın 33-cü turda xal itirməsindən sonra A Seriyasında iştirak etməyi təmin edib. Fabio Qrossonun rəhbərlik etdiyi kollektiv hazırda 75 xalla çempionatın lideridir. Onlar 3-cü sırada qərarlaşan "Spetsiya"dan 16 xal öndədir.
Qeyd edək ki, "Sassuolo" ötən mövsüm A Seriyasını tərk etmişdi.