Premyer Liqanın XXXI turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” oyunun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, qiymət sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti 3, 7 və 15 manat aralığındadır. Biletlər iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq. Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, aprelin 19-da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest