İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi məlum olub.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqa təmsilçisini Xoakin Kaparros çalışdıracaq. İspan mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Kaparros "Sevilya"nın baş məşqçisi postunda "Valensiya"ya məğlubiyyətdən sonra istefaya göndərilən Qarsiya Pimientanı əvəz edib. 69 yaşlı məşqçinin son iş yeri Ermənistan millisi olub.

Qeyd edək ki, "Sevilya" İspaniya çempionatında 31 turdan sonra 36 xal toplayıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest