“Liverpul” İngiltərə Premyer Liqasının 32-ci turunda öz meydanında “Vest Hem”i 2:1 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bu, Arne Slotun “Liverpul”un baş məşqçisi kimi 50-ci oyunu olub.

İlk 50 görüşdə “qırmızılar” onun rəhbərliyi ilə 36 dəfə qələbə qazanıb. Bu isə klub tarixində ən yaxşı nəticədi.

Əvvəlki rekord 50 oyunda 29 qələbə ilə Keni Dalqliş və Co Feqana məxsus idi. Hər iki məşqçi ilk mövsümlərində “Liverpul”a titul qazandırmışdı və Slot da bu uğuru təkrarlamağa çox yaxındı.

Əgər Slot komandanı çempion edərsə, o, Premyer Liqa tarixində titul qazanan ilk niderlandlı məşqçi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest