“Roma” İtaliya A Seriyasının 32-ci turunda “Latsio” ilə heç-heçə edib. Matc.az xəbər verir ki, paytaxt derbisi 1:1 hesabı ilə başa çatıb.

Bununla “canavarlar” ölkə çempionatında məğlubedilməz oyunlar seriyasını 16-ya çatdırıb. Klaudio Ranyerinin yetirmələri hazırda 54 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Roma” növbəti matçını aprelin 19-da “Verona”ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest