“Araz-Naxçıvan” müdafiəçisi İqor Ribeiro ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, çıxışı ilə məşqçilər korpusunun etimadını qazanan braziliyalı ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Yəni Ribeyro növbəti mövsümü də “Araz-Naxçıvan”da keçirəcək.

Qeyd edək ki, İqor Ribeyro 2023-cü ilin yayından “qırmızı-ağlar”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest