14 Aprel 2025, 14:22
FUTBOL
"Rotor"un yetirməsi Maksim Semyonov 16 yaşında dünyasını dəyişib. Matc.az xəbər verir ki, bu barədə məlumat Volqoqrad təmsilçisinin mətbuat xidməti tərəfindən yayılıb.
Məşqdən sonra evə qayıdan futbolçu axşam saatlarında özünü narahat hiss edib. Dərhal təcili yardıma zəng olunub. Təcili yardım gəlsə də, Semyonovun həyatını xilas etmək mümkün olmayıb.
Onun ölüm səbəbi kimi ürəktutması göstərilib.