İngiltərə Premyer Liqasının 32-ci turunda səfərdə “Vulverhempton”la qarşılaşan “Tottenhem” məğlub olub. Matc.az xəbər verir ki, 2:4 hesabı ilə uduzan Angelos Postekoqlunun komandası çempionatda artıq 17 məğlubiyyətə məruz qalıb.

Bu, 2003/04 mövsümündən bəri London klubunun ən pis göstəricisidi. Həmin vaxt “Tottenhem” 19 məğlubiyyətlə üzləşmişdilər.

Qeyd edək ki, “Tottenhem” növbəti turda “Nottingem Forest”i qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest