İcarə əsasında "Aston Villa"da çıxış edən Markus Reşford Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az yerli mətbuata istinaən xəbər verir ki, "Kristal Pelas" ingiltərəli vingerlə maraqlanır.

Londonlular mövsümün sonunda Reşfordun müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlamağı planlaşdırır. "Aston Villa" da 27 yaşlı oyunçunu komandada saxlamağa çalışır.

Qeyd edək ki, Markus Reşford fevral ayında "Aston Villa"ya icarəyə verilib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 14 matçda 3 qol və 5 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest