14 Aprel 2025, 16:39
FUTBOL
Müdafiədə ciddi problemlər yaşayan "Real" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az "The Athletic"ə istinadən xəbər verir ki, La Liqa nəhənginin əsas hədəfi "Arsenal"da çıxış edən Villiam Salibadır.
"Real" rəsmiləri artıq fransalı futbolçunun həm özü, həm də meneceri ilə danışıqlara başlayıb. "Kral klubu" 24 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Villiam Saliba bu mövsüm "ARsenal"ın heyətində meydana çıxdığı 43 rəsmi oyunda 2 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.