"Mançester Yunayted" ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, “mankunianlar”ın hücumçusu Coşua Zirkze zədələnib.

Niderlandlı futbolçu İngiltərə Premyer Liqasının 32-ci turunda "Nyukasl"la keçirilən səfər matçında (1:4) sıradan çıxıb. Bud əzələsindən zədə alan 23 yaşlı forvardın bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni cari mövsümün əvvəlində "Bolonya"dan transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest