"Arsenal" yayda heyətini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, “topçular” "Leypziq"in oyunçusu Benjamin Şeşkonu transfer etməyi planlaşdırırlar.

London klubunun baş məşqçisi Mikel Arteta rəhbərliklə söhbətində slovakiyalı forvardı ixtiyarında görmək istədiyini bildirib. Bundan sonra hərəkətə keçən “Arsenal” rəsmiləri qarşı tərəflə danışıqlara start verib.

21 yaşlı futbolçunun yayda Londona köçmək ehtimalı yüksək dəyərləndirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest