"Borussiya"nın futbolçusu Ceymi Gittens klubdan ayrılmaq istəyir.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, ingiltərəli vinger Premyer Liqada oynamaq istəyir.

Gittens ayrılıq istəyini klub rəhbərliyinə çatdırıb. "Çlesi" 20 yaşlı oyunçunun xidmətində maraqlıdır. Londonlular yayda gənc futbolçu üçün danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Borussiya" Ceymi Gittensi 2020-ci ildə "Mançester Siti"nin akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində 43 oyunda çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest