14 Aprel 2025, 17:45
FUTBOL
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen açıqlama verib. Matc.az xəbər verir ki, o, Kataloniya klubunun hazırkı baş məşqçisi Hans-Diter Flik ilə komandanın sabiq çalışdırıcısı Xavi Ernandesi müqayisə edib.
“Onlar çox fərqlidilər. Xavi “Barselona”da əfsanə sayılır. Flik isə əla işləyir. Bu məşqçilərdən birinin digərindən üstün olduğunu demirəm. Ancaq bir-birlərindən çox fərqlənirlər”, - deyə ter Ştegen vurğulayıb.
Qeyd edək ki, ötən mövsümün sonunda “Barsa”dan uzaqlaşdırılan Xavinin yerinə məhz Flik gətirilib.