“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi karyerasını bitirmək fikrində deyil. Matc.az xəbər verir ki, argentinalı hücumçu DÇ-2026-da iştirak etmək arzusundadı.

Bunu Messinin “İnter Mayami”dəki komanda yoldaşı Luis Suares açıqlayıb. O, 37 yaşlı Messinin 2026-cı ildə keçiriləcək dünya çempionatına qatılmaq istəyində olduğunu bildirib: “Biz onunla gələcək karyeramızla bağlı tez-tez söhbət edirik, zarafatlaşırıq. Əminliklə deyə bilərəm ki, Leo hələ futboldan getmək barədə düşünmür. Əksinə, gələn il baş tutacaq dünya çempionatında oynamaq istəyindədi. Ondan fərqli olaraq, mən artıq yığma karyeramı bitirmişəm. Buna görə də növbəti mundialda iştirak etmək mənim üçün aktual deyil”.

Qeyd edək ki, Messi DÇ-2022-in qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest