Belçika milli komandasının sabiq baş məşqçisi Domeniko Tedesko II Bundesliqada çıxış edən "Şalke"ni çalışdırmaq təklifindən imtina edib.

Matc.az xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.

Bildirilir ki, Tedesko Almaniyanın ikinci güclü divizionunda yer alan klubda işləmək istəməyib. "Şalke" hazırda "Real"ın ikinci komandası "Kastilya"ya rəhbərlik edən Raulla anlaşmağa çalışır.

Qeyd edək ki, Tesdesko 2023-cü ilin fevralından 2025-ci ilin yanvarınadək Belçika millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatında 1/8 finala yüksəlib və Millətlər Liqasının qrupunda üçüncü yeri tutub. Domenikonun rəhbərliyi altında keçirilən son 8 qarşılaşmada belçikalılar yalnız bir qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest