15 Aprel 2025, 21:29
FUTBOL
39 yaşlı qapıçı Tom Hiton və 37 yaşlı müdafiəçi Conni Evans cari mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcəklər.
Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Fabrizio Romano məlumat paylaşıb.
Evans "qırmızı şeytanlar"ın yetirməsidir və 2015-ci ilə qədər klubun sistemində olub. Müdafiəçi 2023-cü ilin iyulunda yenidən "Mançester Yunayted"ə qoşulub. Təcrübəli şimali irlandiyalı futbolçu bütün yarışlarda 12 oyun keçirib və bir qol vurub.
Hiton da klubun akademiyasını bitirib. Qapıçı 2010-cu ilin yayında klubu tərk etsə də, 9 ildən sonra doğma klubuna qayıdıb.
Qeyd edək ki, Hər iki futbolçunun müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.