16 Aprel 2025, 01:08
FUTBOL
"Mançester Yunayted" qapıçı problemini həll etmək üçün "Sauthempton"un qolkiperi Aaron Ramsdeyli izləyən klublar sırasındadır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.
Bildirilir ki, "qırmızı şeytanlar" 26 yaşlı qolkiperi Andre Onananın potensial əvəzləyicisi kimi görür. Mançester təmsilçisində hesab edirlər ki, Ramsdeylin Premyer Liqada oynamaq təcrübəsi komandaya kömək edə bilər.
Ramsdeyl 2021-2024-cü illərdə Londonun "Arsenal" klubunda çıxış edib.
Qeyd edək ki, Aaron Ramsdeyl bu mövsüm bütün yarışlarda 26 oyun keçirib, 3 dəfə qapsını toxunulmaz saxlayıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimidir. "Transfermarkt" portalında qapıçının dəyəri 16 milyon avrodur.