"Arsenal" "Barselona"nın 26 yaşlı sağ cinah müdafiəçisi Jül Kunde ilə yaxından maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, londonlular yayda fransalı futbolçu üçün Kataloniya klubuna 75 milyon avro təklif etmək istəyir. Kundenin ətrafı bildirib ki, təklif bütün tərəflərə uyğun gələrsə, müdafiəçi "Barselona"dan ayrılmağa qarşı olmayacaq. 26 yaşlı futbolçu ilə "Çelsi" də maraqlanır.

Qeyd edək ki, bu mövsüm Kunde bütün yarışlarda 49 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib. 26 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 60 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest