"Slaviya"nın futbolçusu El Haci Malik Diuf karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, "Fənərbaxça" seneqallı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhəngi 20 yaşlı futbolçu üçün Çexiya klubu ilə danışıqlara başlayacaq. "Fənərbaxça" gənc oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, El Haci Malik Diuf bu mövsüm "Slaviya"nın heyətində meydana çıxdığı 38 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest