"Arsenal"In yarımmüdafiəçisi Tomas Parti Türkiyədə oynaya bilər.

Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Beşiktaş" qanalı futbolçunu heyətinə qatmaq istəyir.

"Qara qartallar" yayda "Arsenal"la müqaviləsi başa çatan Partiyə yüksək maaş təklif edəcək. 31 yaşlı oyunçu ilə İspaniya klubları da maraqlanır.

Qeyd edək ki, "Arsenal" Tomas Partini 2020-ci ildə "Atletiko"dan transfer edib. Təcrübəli yarımmüdafiəçi bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest