"Bavariya" heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Bundesliqa nəhəngi "Real"In yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə maraqlanır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Bavariya" fransalı futbolçu üçün İspaniya klubuna 100 milyon avroluq tıkliflə müraciət edəcək.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin avqust ayında "Renn"dən transfer edib. Fransa millisinin üzvü olan 22 yaşlı yarımmüdafiəçi bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest